Bakı. Trend:
Uşaqlıq və gəncliyimi keçirdiyim Laçına dönürəm.
Bunu Trend-ə açıqlamasında Laçın sakini Aygün Süleymanova deyib.
Onun sözlərinə görə, Laçını 19 yaşında çox kədərli şəkildə valideynləri ilə birlikdə tərk edib. Uzun illər Laçının torpağı, dağları, təbiətinin həsrətini çəkib. İndi isə valideynləri olmadan 31 ildən sonra doğma yurduna dönür.
"Allah Prezidentimizi var etsin ki, bizim uzun illərdən sonra Laçına qayıtmağımıza şərait yaradıb. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can-sağlığı versin", - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Laçın şəhərinə 17 ailə - 63 nəfər yola salınıb. Bununla da Laçın şəhərində 363 ailə, yəni 1389 nəfərin daimi məskunlaşması təmin edilib.