Bakı. Trend:
Milli Məclisdə ailə dəyərləri ilə bağlı qanunvericiliyə dəyişiklik olunması tövsiyə edilib.
Trend-in məlumatına görə, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmədə deyib.
O qeyd edib ki, yəqin ki, bu məsələ bu gün gündəmə gəlirsə, qanunvericilikdə müəyyən dəyişikliklər ola bilər.
“Qanunvericilikdə yaşlı nəslə hörmət, ailənin şərəfi, analıq və uşaqlıq, çoxlu uşaq sahibi olmaq kimi dəyərlər açıq şəkildə bildirilməlidir”, - deyə o əlavə edib.