...

Mingəçevirdə qızılcaya yoluxma halları aşkarlanıb (ÖZƏL)

Cəmiyyət Materials 2 Dekabr 2023 15:47 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Mingəçevirdə qızılcaya yoluxma halları aşkarlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının müvafiq şöbəsində qızılca diaqnozu qoyulan və digər ağırlaşmalarla müşahidə olunan 4 nəfərin müalicəsi davam etdirilir:

"Onlara zəruri tibbi xidmətlər göstərilir, vəziyyətləri orta ağırdır".

Xatırladaq ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb:

Yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti