...

Xaçmaz rayonunda çoxmənzilli binaların dam örtükləri dəyişdirilir (FOTO)

Cəmiyyət Materials 4 Dekabr 2023 18:42 (UTC +04:00)
Xaçmaz rayonunda çoxmənzilli binaların dam örtükləri dəyişdirilir (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz rayonunda həyata keçirilən quruculuq və yenidənqurma işləri çərçivəsində çoxmənzilli binaların dam örtükləri yenilənir, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılır.

Tədbirlər planına uyğun olaraq hazırda Xaçmaz şəhəri, Xurşidbanu Natəvan küçəsi 27A, Nəriman Nərimanov küçəsi 68B, 70, 74, Heydər Əliyev küçəsi 30, Hacı Zeynalabdin Tağıyev küçəsi 6 və Xudat şəhəri, Xudat-Yalama yolunun kənarında yerləşən ümumimlikdə 7 çoxmənzilli binanın dam örtüyü dəyişdirilir.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev dam örtüyü yenilənən binalarda işlərin gedişi ilə maraqlanıb. Görülən işlərin keyfiyyətlə yerinə yetirilməsi üçün müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, Xaçmaz rayonunda son dörd il ərzində 18 çoxmənzilli binanın dam örtüyü dəyişdirilib, 4 binanın isə fasadı əsaslə təmir olunub. Bu istiqamətdə tədbirlər gələckdə də davam etdirləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti