Bakı. Trend:
Bu gün Azərbaycanda 2 milyon 100 mindən artıq gənc var. Bu kütlə tərəfindən aparılan siyasət şüurlu şəkildə dərk edilməli və təbliğ olunmalıdır.
Trend-in məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İndira Hacıyeva parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə deyib.
O qeyd edib ki, gənclərin bir qismi virtual məkana üz tuturlar.
“Buna görə virtual məkanda keçirilən tədbirlərə geniş yer
verilməlidir. Eyni zamanda, Azərbaycan öz məqsədlərinə çatmaq üçün
yalnız hüquqi müstəvidə addımlar atır. Bunu isbat etməyə ehtiyac da
yoxdur.
Gənclər bütün dünyada aparıcı qüvvədir və buna görə onların hansı
ideyanı, fikri dəstəkləməsindən çox şey asılıdır. Gənclər tarixən
önəmli missiyalarda fəallıq göstərib. Gənclər siyasətində Qərbi
Azərbaycan torpaqlarına qayıdış geniş şəkildə təbliğ olunmalıdır”,
- deyə nazir müavini bildirib.