Bakı. Trend:
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının
əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq
təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin
qarşısı alınıb.
Pentensiar Xidmətdən Trend-ə
verilən xəbərə görə, həbs edilmiş şəxs Nurlan Rəhim oğlu Məmmədliyə
anası Telli Ənnağı qızı Məmmədovanın gətirdiyi sovqatdakı şampun
qabının içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,266 qram
heroin və 0,060 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.