Bakı. Trend:
31 ildən sonra doğma yurdumuz Laçına qayıdırıq, çox sevincli bir gündür. Allah dövlətimizi qorusun, arzumuza çatdıq.
Bunu Trend-ə bu gün Laçın şəhərinə geri qayıdan Verdiyev Natiq deyib.
O qeyd edib ki, doğma yurddan ayrı yaşamaq çox çətin idi.
“31 il idi ki, həyat bizə çox ağır idi, doğma yurdumuzdan ayrı düşmüşdük. Allah Prezident İlham Əliyevin canını sağ etsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Dövlətimizə minnətdaram ki, bizi doğma yurdumuza qaytardı. Artıq vətən həsrəti sona çatdı, öz torpağımızda gözəl günlər keçirəcəyik”, - deyə o əlavə edib.