Bakı. Trend:
Azərbaycanda seçicilərin sayı artıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O qeyd edib ki, seçici siyahıları yenidən dəqiqləşdirlib və seçici sayının artması müəyyən olunub.
Onun sözlərinə görə, seçicilərin ümumi sayı 6 milyon 354 min 556 nəfər təşkil edir.
Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.