...

Laçında daha 25 ailəyə evlərinin açarları təqdim olundu

Cəmiyyət Materials 28 Dekabr 2023 17:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Laçına çatan ailələrə evlərinin açarları təqdim olunub.

Trend xəbər verir ki, Laçın şəhərinə köçən daha 25 ailə mənzillərinin açarlarını təhvil alıb.

Açarların təqdim edilməsi mərasimində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, “Laçın Abadlıq Xidməti” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskublaşıblar.

ANAMA-nın əməkdaşları Laçına köçən yeni ailələrə mina və partlamamış sursatlar barədə məlumat verib, təhlükəli, yoxlanılmamış ərazilərə daxil olmamağı tövsiyə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti