...

UNEC-də imtahan zamanı intizam qaydalarının pozulması halları kəskin şəkildə azalıb (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2024 14:20 (UTC +04:00)
UNEC-də imtahan zamanı intizam qaydalarının pozulması halları kəskin şəkildə azalıb (FOTO)

Bakı. Trend:

UNEC-də növbəti “Açıq qapı” günü keçirilib.

Trend xəbər verir ki, “Açıq qapı”da UNEC-in İctimai Nəzarət Şurasının üzvləri, “Modern” Media Qrupunun baş direktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva rektor, prof. Ədalət Muradovla birlikdə müraciətləri dinləyiblər.

Qəbula yazılan tələbələrin müraciətləri qaib limiti və imtahanlarda intizam qaydalarının pozulması barədə olub. Müraciətlər dinlənildikdən sonra aidiyyatı üzrə tapşırıqlar verilib.

İctimai Nəzarət Şurasının üzvləri “Açıq qapı”ya müraciət edən tələbələrin sayının kəskin şəkildə azalmasını UNEC-də aparılan islahatların müsbət nəticəsi kimi qiymətləndiriblər.

Qeyd edək ki, növbəti “Açıq qapı” yanvarın 27-də, saat 11-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti