...

Azərbaycan növbəti beynəlxalq sazişə qoşulur

Cəmiyyət Materials 1 Fevral 2024 12:09 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulur.

Trend xəbər verir ki, qanun Milli Məclisin bugün keçirilən yaz sessiyasının ilk iclasında müzakirəyə çıxarılıb və səsə qoyularaq bir oxunuşda qəbul olunub.

Qanuna əsasən, Azərbaycan Respublikası 2015-ci il oktyabrın 9-da Cenevrə şəhərində imzalanmış “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti