...

Qıza qarşı uyğunsuz hərəkətlər edən məktəb şagirdi ilə bağlı tədbirlər görülüb

Cəmiyyət Materials 19 Fevral 2024 23:13 (UTC +04:00)
Qıza qarşı uyğunsuz hərəkətlər edən məktəb şagirdi ilə bağlı tədbirlər görülüb

Bakı. Trend:

156 nömrəli tam orta məktəbinin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib.

Məktəbdən Trend-ə verilən məlumata görə, məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.

Bildirilib ki, valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti