...

Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir

Cəmiyyət Materials 20 Fevral 2024 15:44 (UTC +04:00)
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir.

Trend xəbər verir ki, bu, “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola biləcəklər.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti