...

Yığmamızın futbolçusu “Nomme Yunayted”də

Cəmiyyət Materials 20 Fevral 2024 21:31 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın gənclərdən ibarət yığmasının futbolçusu Murad Vəliyev karyerasını “Nomme Yunayted”də davam etdirəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi komanda ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.

2020-ci ildən Estoniya çempionatında çıxış edən Murad “Kalev” və “Levadiya”nın şərəfini qoruyub. Tallinn klubunun idman direktoru Martin Klasen azərbaycanlı futbolçunu yaxşı tanıdıqlarını və uğurlu transfer həyata keçirdikləri bildirib: “Murad klubda işə başlayarkən heyətə cəlb etmək istədiyim futbolçuların siyahısına başçılıq edib. Onu 19 yaşından tanıyıram və Murad öz bacarıqları ilə bizim komandaya əlavə güc qatacaq. Ümid edirəm, 2024-cü il Vəliyevə “Nomme Yunayted” formasında uğurlu mövsüm olacaq”.

Qeyd edək ki, Murad Azərbaycan U-21 yığmasının şərəfini qoruyur. O, 9 oyunda 1 dəfə fərqlənib.

Xəbər lenti

Xəbər lenti