...

Bakı-Quba yolunda yeni yerüstü piyada keçidi tikilir

Cəmiyyət Materials 21 Fevral 2024 12:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci kilometrində yeni yerüstü piyada keçidi tikilir.

Trend Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, layihə üzrə keçidin ümumi uzunluğu 48,6 metr, eni 3 isə metrdir.

Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan keçid metal konstruksiyalıdır. Hazırda layihə üzrə keçidin aşırım hissəsinin quraşdırılması işləri aparılıb.

Layihə çərçivəsində avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti