...

Zəngilanın Alıbəyli kəndi belə olacaq - FOTO

Cəmiyyət Materials 21 Fevral 2024 15:17 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yenidən salınacaq Zəngilan rayonu Alıbəyli kəndi öz ata-baba yurdlarına geri qayıdacaq keçmiş məcburi köçkünlər üçün dayanıqlı şərait və məskunlaşma yaradılmasına dair işlər artıq başlayıb.

Bu barədə Trend-ə Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.

Bu yaşayış məskəninin konseptual layihəsinin bir hissəsini diqqətinizə təqdim edirik.

Qeyd edək ki, Alıbəyli kəndində birinci mərhələdə 772 sakin üçün 197 fərdi yaşayış evi inşa olunacaq.

Zəngilan rayonun Alıbəyli kəndinin mövcud məskunlaşma ərazisi 103.51 ha ərazini əhatə edir. Layihələndirilən ərazi sahəsi 170.31 ha, birinci mərhələ ərazisi isə 58.25 ha təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti