...

Sabah paytaxtın bu ərazisində qaz olmayacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 21 Fevral 2024 18:33 (UTC +04:00)
Sabah paytaxtın bu ərazisində qaz olmayacaq - XƏBƏRDARLIQ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Bakının Suraxanı rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Trend Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verir.

Bildirilir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə fevralın 22-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri görülən müddətdə Qaraçuxur qəsəbəsinin Vüqar Quliyev, Fərman Kərimzadə, Əhməd Mehbalıyev, Zaur Şərifov, Rafiq Əlicanov və Yaşar Əliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti