Bakı. Trend:
Hazırda İT və mühəndislik ixtisaslarına tələb var.
Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
“Biz görürük ki, ötən illərlə müqayisədə, misal üçün, beynəlxalq əlaqələr ixtisasına tələbat aşağı düşüb. Müqayisə ediləndə humanitar istiqamətdə ixtisaslara daha az tələb var. Bu ixtisaslar bağlanacaq? Yox.
İxtisasın bağlanmasından yox, daha çox hansısa universitetdə ixtisasların bağlanmasından danışa bilərik. Bunu da ancaq proqram akkreditasiyasından sonra deyə bilərik. Bu il ilk dəfə proqram akkreditasiya həyata keçirəcəyik”, - deyə nazir bildirib.