...

Bakıda bu yollarda tıxac var - SİYAHI

Cəmiyyət Materials 7 Mart 2024 08:29 (UTC +04:00)
Bakıda bu yollarda tıxac var - SİYAHI
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Trend Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

4. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

5. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;

8. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

9. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

11. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

12. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

13. Zərifə Əliyeva küçəsində;

14. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə;

15. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

16. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti