...

Xankəndinin Kərkicahan qəsəbəsinə qayıdışa hazırlıq görülür

Cəmiyyət Materials 5 Mart 2024 17:13 (UTC +04:00)
Xankəndinin Kərkicahan qəsəbəsinə qayıdışa hazırlıq görülür
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Martın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin bir qrup sakini ilə görüşüb.

Dövlət Komitəsindən Trend-ə verilən xəbərə görə, Kərkicahan qəsəbəsində Prezident İlham Əliyevin tapşırığı əsasında, keçmiş məcburi köçkünlərin geri dönüşünə hazırlıq görüldüyü bildirilib.

Qeyd olunub ki, bu il Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək.

Hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyən görüş iştirakçıları doğma yurda qayıdışa hazırlığın başlanmasına görə Prezident İlham Əliyevə, daim böyük dəstəyinə güvəndikləri Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.

Qəbulda iştirak edən sakinlər hamılıqla doğma yurda qayıdıb, orada daimi yaşamaq istədiklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti