...

Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət Materials 9 Mart 2024 11:22 (UTC +04:00)
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Həftəsonu müşahidə olunan hava şəraiti ilə bağlı Baş DYP İdarəsinin yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarədən Trend-ə bildirilib ki, hazırda müşahidə olunan yağışlı, dumanlı hava şəraiti yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.

"Həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, hərəkət iştirakçılarına əlverişsiz havada daha diqqətli olmağı, ələlxsus səfərə çıxan sürücülərə sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti