Bakı. Trend:
İndi müsəlman qadınların səsini kəsirlər.
Trend xəbər verir ki, bunu Britaniya Müsəlmanlar Şurasının baş katibi Zara Mohammed "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.
“Bizim təşkilat bu cür yanlış anlaşılma və məhfumları aradan qaldırmaqda israrlıdır. İnanırıq ki, bütün dünyanı cənginə almaqda olan islamofobiya düşüncəsinin qarşısınbı almaq üçün bir ola biləcəyik. Bütün dünyaya bu gün sülh lazımdır. Və qadınlar bu sülh prosesinə mümkün töhfəni verməkdən məhrum edilməməlidir”, - deyə o bildirib.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
