...

Xankəndidə 190 ədəd müxtəlif çaplı patron və digər sursatlar götürülüb

Cəmiyyət Materials 20 Mart 2024 10:33 (UTC +04:00)
Xankəndidə 190 ədəd müxtəlif çaplı patron və digər sursatlar götürülüb
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Xankəndi şəhəri ərazisindən silah sursat aşkar edilib.

Xankəndi şəhərinin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi şəhərdə xidmətə cəlb edilən daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 19-da 1 tapança, 4 qumbara, 2 qumbara alışdırıcısı, 10 patron darağı, 190 ədəd müxtəlif çaplı patron və digər sursatlar tapılıb.

"Hər gün hansısa "surpriz tələ" ilə qarşılaşan polis əməkdaşları qarşıya qoyulan tapşırıq üzrə fasiləsiz xidmət aparırlar, bölgənin təhlükəsiz vəziyyətə gətirilməsi, Böyük Qayıdışın sürətlə reallaşması məqsədilə əzmlə çalışırlar", DİN-dən qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti