...

Müharibə iştirakçılarına bəzi hallarda müvafiq pulsuz dərman preparatlarının verilməsi dayandırılır - Ombudsman

Cəmiyyət Materials 1 Aprel 2024 12:02 (UTC +04:00)
Müharibə iştirakçılarına bəzi hallarda müvafiq pulsuz dərman preparatlarının verilməsi dayandırılır - Ombudsman
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Həyata keçirilən monitorinqlər, psixiatriya xəstəxanalarında müalicə alan müharibə iştirakçıları ilə aparılan fərdi söhbətlər və araşdırmalar onu göstərir ki, bu kateqoriyadan olan pasiyentlər müəssisədə olduqları müddətdə dövlət hesabına dərman preparatları ilə təmin edilsələr də, evə yazıldıqdan sonra bəzi hallarda onlara müvafiq preparatların pulsuz verilməsi dayandırılır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib.

"Həmin preparatlar psixotrop xarakter daşıdığından və kifayət qədər maddi vəsait tələb etdiyindən pasiyentlər ya həmin dərmanları sonradan ala bilmir, ya da yalnız bir qismini əldə edə bilir. Nəticədə müalicə sona çatdırılmır. Bu baxımdan, Vətən Müharibəsi iştirakçısı olmuş, müvafiq psixiatriya müəssisələrində qeydiyyatda olan, əlilliyi olmayan, müalicə alan pasiyentlərin psixiatriya müəssisələrini tərk etdikdən sonra da dövlət hesabına müvafiq dərmanlarla təmin edilməsinə ehtiyac olduğu vurğulanmalıdır.

Bununla yanaşı psixiatriya xəstəxanalarında müalicə alan müharibə iştirakçıları ilə aparılan görüşlər, habelə Ombudsmana edilən müraciətlərin və mediada dərc olunan məlumatların təhlili həmin şəxslərin bir qisminin əlilliyin müəyyən edilməsi ilə bağlı problemlərlə üzləşdiyini də göstərir", - deyə S.Əliyeva bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti