Bakı. Trend:
Dövlət Proqramından məzun olan 43 nəfər hazırda iş axtarır.
Trend xəbər verir ki, bu barədə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın ilk məzunları ilə görüş zamanı deyib.
O qeyd edib ki, proqram məzunlarından 66 nəfər isə hazırda çalışır.
“43 nəfər hazırda iş axtarır lakin bu, o demək deyil ki, onlar işsiz qalacaqlar. Həmin məzunlar hissə-hissə ölkəyə geri dönüş edir və qeydiyyata alınır”,- deyə o bildirib.
Qeyd edək ki, bu gün “2022-2026-cı illər üçün Dövlət Proqramı”nın (bundan sonra - Dövlət Proqramı) ilk məzunları ilə görüş və Karyera Sərgisi keçirilib. Sözügedən tədbir təhsillərini uğurla başa vurmuş məzunlar tanıdılması, onların məşğulluğunun təmin edilməsi, xaricdə təhsil almış savadlı gənclərin ixtisasyönümlü karyera perspektivlərinin dəstəklənməsi, ölkənin kadr potensialının gücləndirilməsi məqsədi daşıyıb.