...

Bakı metrosunun əmlakına ziyan vuran Fransa vətəndaşı HƏBS EDİLDİ (FOTO)

Cəmiyyət Materials 2 Aprel 2024 20:48 (UTC +04:00)
Bakı metrosunun əmlakına ziyan vuran Fransa vətəndaşı HƏBS EDİLDİ (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Metro qatarlarının dayandığı depoya gizlincə daxil olub bir neçə vaqonu boyayaraq əmlaka qəsdən ziyan vuran Fransa vətəndaşı həbs edilib.

DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, araşdırmalarla Avstraliya İttifaqının vətəndaşı P.Han Paul, Yeni Zelandiya vətəndaşı İsmael De Saint Quent və Fransa Respublikasının vətəndaşı Clerc Theqo Huqo 30 mart 2024-cü il gecə saatlarında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə məxsus depoya qanunsuz daxil olaraq qəsdən dövlət əmlakına ziyan vurmalarına dair şübhələr müəyyən edilib.

Əməldə cinayət tərkibi yarandığından Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə polis idarəsində fakta görə başlanmış cinayət işi üzrə Fransa Respublikasının vətəndaşı Clerc Theqo Huqo məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs, digərləri barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti