...

13 milyon manatdan artıq vəsaitlə bağlı materiallar hüquq-mühafizə orqanlarına göndərilib

Cəmiyyət Materials 8 Aprel 2024 11:13 (UTC +04:00)
13 milyon manatdan artıq vəsaitlə bağlı materiallar hüquq-mühafizə orqanlarına göndərilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü il üzrə dövlət qurumlarında maliyyə uyğunsuzluğu nəticəsində 60,7 mln. manat məbləğində hesablanmış büdcəyə zərərin müvafiq qaydada pul və natura şəklində bərpası, eləcə də əvəzləşdirilməsi istiqamətində Hesablama Palatası Kollegiyası tərəfindən təkliflər verilib.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının 2023-cü il üzrə hesabatında deyilir.

Qeyd edilir ki, 28,8 mln. manat məbləğində hesablanmış büdcəyə zərərin əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda Hesablama Palatası tərəfindən bu məbləğin bərpası istiqamətində tədbir müəyyənləşdirilməyib, bu ödənişlərin bir qisminin dayandırılması barədə qərar verilib.

13,7 mln. manat məbləğində hesablanmış büdcəyə zərər üzrə cinayət tərkibli əlamətlərinin ehtimal olunması ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti