...

Toylarda insanlara saxta içkilər təklif edilir - Deputatdan ETİRAZ

Cəmiyyət Materials 6 Aprel 2024 12:10 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Toylarda məşhur brendlərin adlarından istifadə edib insanlara saxta içkilər təklif edilir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Novruzəli Aslanov bildirib.

“Bu qanun qüvvəyə minəndən sonra kiçik kustar üsulla istehsal sahələri bağlanacaq. Ən çox vergi ödəyən vergi ödəyiciləri məhz bu sahədədir. Keçmiş zamanlardan bu günə qədər biz kustar üsulla məhsulların hazırlanması ilə bağlı böyük problem yaşayırıq. Bu məhsullar insanlara, cəmiyyətə təhlükədir. Düşünürəm ki, bu qanun layihəsi çox vacibdir və hər bir insanın sağlamlığına xidmət edəcək”,- deyə deputat bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti