Bakı. Trend:
Bayram günlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında 10 aprel tarixində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, küləyin sürəti 10-15 m/s olacaq. Havanın temperaturu gecə 6-11, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
11 aprel tarixində havanın yağmursuz keçəcəyiı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.
12 aprel tarixində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın
temperaturu gecə 6-11, gündüz 13-18 dərəcə isti olacaq.
Bayram günlərində Azərbaycanın rayonlarında hava şəraitinin arabir
yağıntılı olacağı, mülayim şərq küləyinin əsəcəyi gözlənilir.
10,11,12 aprel tarixlərində Naxçıvan MR-da hava şəraitinin
əsasən yağmursuz keçəcəyi, lakin 10-u səhər dağlıq ərazilərdən
başlayaraq 11-i gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı,
qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı,
şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir
duman olacaq. Qərb küləyi əsəcək, sürəti 5-10 m/s, arabir 15-18
m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10
dərəcə isti olacaq. Aprelin 12-də havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 16-21 dərəcə isti
olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy,
Göygöl rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi,
lakin 10-u səhər dağlıq ərazilərdən başlayaraq 11-i gündüzədək bəzi
yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi
əsəcək, sürəti 5-10 m/s, arabir 15-18 m/s-dək güclənəcək. Havanın
temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq. Aprelin 12-də
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi
yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti
olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan
rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 10-u
səhər dağlıq ərazilərdən başlayaraq 11-i axşamadək bəzi yerlərdə
arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı
yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı
var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, sürəti
5-10 m/s, 11-də arabir 15-20 m/s-dək güclənəcək. Havanın
temperaturu gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 2 dərəcə
şaxta, gündüz 5-10 dərəcə isti, bəzi yerlərdə 15 dərəcəyədək isti
olacaq. Aprelin 12-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüz bəzi yerlərdə qısamüddətli çiskinli yağış yağacağı
ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6
dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan,
Füzuli rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı
keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı,
dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb
küləyi əsəcək, sürəti 5-10 m/s, 11-də arabir 18-20 m/s-dək
güclənəcək. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 13-18
dərəcə isti olacaq. Aprelin 12-də havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11 dərəcə isti,
gündüz 17-22 dərəcə isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş,
Mingəçevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 10-u
səhərdən dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir
yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı,
şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı
ehtimal olunur. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi
əsəcək, sürəti 5-10 m/s, 11-də arabir 15-18 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 12-17 dərəcə
isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz
3-8 dərəcə isti olacaq. Aprelin 12-də havanın əsasən yağmursuz
keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə
çiskin olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın
temperaturu gecə 5-10, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 9-14
dərəcə isti olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan,
Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul,
Zərdab, Salyan, Neftçala rayonlarında hava şəraitinin əsasən
yağmursuz keçəcəyi, lakin 10-u gündüzdən 11-i axşamadək bəzi
yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir
duman olacaq, qərb küləyi əsəcək, sürəti 5-10 m/s, 11-də arabir
15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz
15-20 dərəcə isti olacaq. Aprelin 12-də havanın əsasən yağmursuz
keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə
7-12, gündüz 19-24 dərəcə isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad
rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 10-u
gündüzdən bəzi yerlərdə arabir yağıntılı keçəcəyi gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu
düşəcəyi, 11-də dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi
yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək, sürəti 5-10
m/s, arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 6-9,
gündüz 12-17, dağlarda gecə 2-4, gündüz 5-8 dərəcə isti olacaq.
Aprelin 12-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq
küləyi əsəcək. Havanın temperaturu gecə 7-11, gündüz 18-23,
dağlarda gecə 7-9, gündüz 11-16 dərəcə isti olacaq.