...

Bakıda avtomobil yolda dayanan yük maşınına çırpıldı - Xəsarət alan var

Cəmiyyət Materials 17 Aprel 2024 09:08 (UTC +04:00)
Bakıda avtomobil yolda dayanan yük maşınına çırpıldı - Xəsarət alan var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza ilə bağlı xilasedici köməyinə ehtiyac yaranıb.

Qeyd edilib ki, FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili yolda dayanan “Shacman” markalı yük avtomobilinə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti