...

Ədliyyə Nazirliyində yeni TƏYİNATLAR

Cəmiyyət Materials 17 Aprel 2024 12:23 (UTC +04:00)
Ədliyyə Nazirliyində yeni TƏYİNATLAR
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə naziri yeni kadrlarla bağlı əmr imzalayıb.

Trend xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Əbülfət Həsənova nazirliyin Katibliyinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Bundan əvvəl, Ə.Həsənov Daxili İşlər Nazirliyi Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyib.

Nazirin digər əmrləri ilə İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev işdən azad edilib və həmin vəzifənin icrası Bərdə regional ədliyyə idarəsinin rəisi Fəqan Şabanova həvalə olunub.

Xəbər lenti

Xəbər lenti