...

Lisey və gimnaziyaların sayının artırılması istiqamətində işlər aparılacaq - Nazir

Cəmiyyət Materials 17 Aprel 2024 13:10 (UTC +04:00)
Lisey və gimnaziyaların sayının artırılması istiqamətində işlər aparılacaq - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2014-cü ildən başlayaraq təhsil sistemində olimpiadalara yeni yanaşma tətbiq olundu. Sonrakı mərhələdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirildi.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sabahın alimləri” XIII respublika müsabiqəsinin açılış mərasimində deyib.

O, on ildən bəri müddət ərzində peşə təmayüllü lisey və gimnaziyaların fəaliyyəti üçün islahatlar aparıldığını söyləyib.

“Paytaxtla yanaşı, Gəncə, Quba, Mingəçevir, Lənkəran və Biləsuvarda peşə təmayüllü liseylərin yaradılması peşəkar kadrların yetişdirilməsinə kömək edir.

İslahatların 8-9-cu ilində bunun təhsil sistemi üçün uğurlu olduğunu gördük. Müsabiqə qalibləri dünyanın ən aparıcı universitetlərinə qəbul olublar. Təkcə ötən il 40 məktəblimiz dünyanın populyar universitetlərinə qəbul olub. Bu hələ ilkin mərhələdir və belə uşaqların sayı artacaq. Lisey və gimnaziyaların sayının artırılması istiqamətində işlər aparılacaq. Hədəfimiz hər bir bölgədə peşə təmayüllü liseylərin qurulmasıdır”, - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti