...

Onkoloji xəstəliklərin 25 faizdən çox səbəbi qida faktorudur - Əhliman Əmiraslanov

Cəmiyyət Materials 18 Aprel 2024 11:10 (UTC +04:00)
Onkoloji xəstəliklərin 25 faizdən çox səbəbi qida faktorudur - Əhliman Əmiraslanov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sağlam qida olmadan insan sağlamlığı haqqında danışmaq çətindir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədə deyib.

Ə.Əmiraslanov bildirib ki, insan bədəninə daxil olan infeksiyaların, parazitlərin, virusların böyük əksəriyyəti qida vasitələri ilə daxil olur.

“Xüsusilə yolxucu xəstəliklərin əksəriyyəti zərərli qida məhsullarından keçir. Hətta pandemiyaların, epidemiyaların, hətta ürək-damar xəstəlikləri, onkoloji xəstəliklərin yaranmasında qida faktoru mühüm rol oynayır. Onkoloji xəstəliklərin 25 faizdən çox səbəbi qida faktorudur”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti