...

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin hesabat tədbiri keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 19 Aprel 2024 19:56 (UTC +04:00)
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin hesabat tədbiri keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Aprel ayının 19-da “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin ümümrespublika üzrə hesabat tədbiri keçirilib. YAP-ın Nizami Rayon Təşkilatının binasında keçirilən tədbir zamanı toplantı iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda müharibədə həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Hesabat məruzəsi ilə çıxış edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi İdarə Heyətinin sədri Tahir Xudiyev 2008-ci ildən təsis olunan birliyin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verdi. O, əhalinin həssas təbəqəsinin sosial müdafiəsi, tibbi, psixoloji problemlərinin həlli və hüquqlarının müdafiəsi istiqamətində “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in 16 ildə gördüyü işlərin dövlətimizin və möhtərəm Prezidentimizin sosial sahədə gördüyü işlərə ictimai dəstək olduğunu vurğuladı.

Çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Dövlət Gömrük Komitəsi Gömrük Siyasəti Baş İdarəsinin Metodologiya idarəsinin rəisi Rövşən Namazov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Qaradağ rayonu üzrə sektorunun müdiri Cəsarət Qəhrəmanov, Bakı Dövlət Universitetinin professoru Allahverdi Məmmədli, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi İdarə Heyətinin üzvləri Hüseynağa Əlixanov, Həsənağa Bayramov və başqaları təşkilatın fəaliyyətini yüksək dəyərləndirdilər və hesabatı qənaətbəxş saydılar.

Tədbirdə Maliyyə Nazirliyi, Gömrük Komitəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, ƏƏSMN, Elm və Təhsil Nazirliyi, Ombudsman Aparatı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ağdam, Quba, Xaçmaz Rayonları İcra Hakimiyyətləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ekologiya v Təbii Sərvətlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Rayon Prokurorluğu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsi, TƏBİB-in məsul əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət və KİV nümayəndələri iştirak edirdilər.

Tədbirdə təşkilatın fəaliyyətinə dair video-çarx nümayiş etdirildi, məhdudiyyəti olan insanların hüquqları ilə bağlı suallar cavablandırıldı.

Tədbirin sonunda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti