...

Uşaq ikən tərk etdiyim Füzuliyə qayıdışa görə sevincimin həddi-hüdudu yoxdur – Füzuli sakini

Cəmiyyət Materials 22 Aprel 2024 08:14 (UTC +04:00)
Uşaq ikən tərk etdiyim Füzuliyə qayıdışa görə sevincimin həddi-hüdudu yoxdur – Füzuli sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

5-6 yaşlarında uşaq ikən tərk etdiyim Füzuliyə qayıtdığıma görə sevincimin həddi-hüdudu yoxdur.

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Nurəddin Nəsirov deyib.

Onun sözlərinə görə, bundan sonra bütün ömrünü Füzulidə yaşamaq və çalışmaq istəyir.

“Başda Ali Baş Komandan olmaqla bizə bu günləri yaşadanlara minnətdarlığımı bildirirəm. Onların sayəsində öz elimizdə, öz yurdumuzda yaşayacağıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”, - deyə o bildirib.

Xatırladaq ki, bu gün Füzuliyə 39 ailə - 172 nəfər yola salınıb. Bununla da Füzuli şəhərində 705 ailənin, yəni 2689 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti