...

Öz doğma torpağıma, evimə qayıdıram - Arzu Kərimova

Cəmiyyət Materials 23 Aprel 2024 09:30 (UTC +04:00)
Öz doğma torpağıma, evimə qayıdıram - Arzu Kərimova
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur.

Bu barədə Trend-ə açıqlamasında Füzuli sakini Arzu Kərimova deyib.

"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onlar bizə bu sevinci yaşadıb. Füzuliyə qayıtdığım üçün çox sevinirəm. 1993-cü ildə Füzulidən çıxmışdıq. Hazırda yaşadığım yer 18-ci evdir ki, mən kirayə qalırdım. Amma indi öz doğma torpağıma, evimə qayıdıram",- deyə o bildirib.

Qeyd edək ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 150 nəfər köçürülüb. İndiyədək Füzuli şəhərinə 744 ailənin, yəni 2839 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti