...

“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib (VİDEO)

Cəmiyyət Materials 29 Aprel 2024 10:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, hərbi qulluqçular müxtəlif mərhələlərdə “Rahat olmayan vəziyyətdən atış”, “Snayper müdafiədə”, “Snayper hücumda”, "Snayper estafeti” və digər mövzular üzrə çalışmaları yerinə yetiriblər.

Yarışın keçirilməsinin əsas məqsədi hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması və Azərbaycan Ordusunda ən yaxşı snayperin müəyyən olunmasıdır.

Xəbər lenti

Xəbər lenti