...

Bu il Türkiyədə son 53 ilin ən isti aprel ayı qeydə alınıb

Cəmiyyət Materials 15 May 2024 03:14 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ay Türkiyədə son 53 ilin ən isti aprel ayı olaraq qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhasekinin yazılı açıqlamasında bildirilir.

Nazir qeyd edib ki, ötən ay Türkiyə üzrə orta temperatur 16,6 dərəcə olub. Bu da normadan 4,3 dərəcə yüksəkdir. Ən yüksək temperatur isə 38,9 dərəcə ilə Şanlıurfa vilayətinin Ceylanpınar rayonunda ölçülüb.

Məlumatda bildirilib ki, ölkədə hava temperaturunun normadan yüksək olmasına baxmayaraq, ötən il oktyabrın 1-dən bu il mayın 8-dək Türkiyə daxilində yağıntının miqdarı 3,9 faiz artıb. Ən çox yağış 27 faiz artım ilə ölkənin Şərqi Anadolu Bölgəsinə yağıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti