...

Uzun illər həsrətini çəkdiyimiz doğma yurdumuza geri qayıdırıq - Xocalı sakini

Cəmiyyət Materials 29 May 2024 07:08 (UTC +04:00)
Uzun illər həsrətini çəkdiyimiz doğma yurdumuza geri qayıdırıq - Xocalı sakini
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün çox sevincli və həyəcanlıyıq. Uzun illər həsrətini çəkdiyimiz doğma yurdumuza geri qayıdırıq.

Bunu Trend-ə Xocalıya dönən sakin Rəsmiyyə Hüseynova deyib.

O qeyd edib ki, uzun illərin həsrətindən sonra doğma yurdunda yaşamağa getdiyi üçün sevincinin həddi-hüdudu yoxdur.

"Allah Prezidentimizi var eləsin. Məhz onun rəhbərliyi sayəsində biz öz yurdumuza geri dönürük. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Xocalı şəhərinə 24 ailə - 88 nəfər köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti