...

Novruz Aslan Ulu Öndər Heydər Əliyevin xatirəsinə "Ballada" kompozisiyası həsr edib (VİDEO)

Cəmiyyət Materials 15 İyun 2024 13:10 (UTC +04:00)
Novruz Aslan Ulu Öndər Heydər Əliyevin xatirəsinə "Ballada" kompozisiyası həsr edib (VİDEO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Ümumilli Lideri Heydər Əliyevin xatirəsinə "Ballada" kompozisiyası həsr olunub.

Trend xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, Milli Məclisin deputatı, bəstəkar Novruz Aslan Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin xatirəsinə "Ballada" kompozisiyası həsr edib.

Qeyd edək ki, 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur. 15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının Ali Şurasının sədri seçildi və bu gün tarixə Azərbaycanın dərin böhrandan qurtulduğu gün olaraq yazıldı. Bu gün Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi oldu və Milli Məclis tərəfindən Milli Qurtuluş Günü elan edildi. "15 iyun" tarixi Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını və Azərbaycan xalqının onun ətrafında birləşməsini simvolizə edir.

Azərbaycan xalqı daima Ulu Öndər Heydər Əliyevin işıqlı xatirəsinə dərin ehtiram bəsləyəcək və onun siyasi irsini gələcək nəsillərə ötürməyə davam edəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti