...

Beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı Avstriyaya təhvil verildi

Cəmiyyət Materials 15 İyun 2024 15:26 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Beynəlxalq axtarışda olan şəxs təhvil verilib.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Avstriyada vergidən yayınma cinayət əməlini törətməkdə təqsirləndirilərək 2015-ci ildə barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışda olan, Türkiyə Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Özbek Kudret Abdullatif 2023-cü ilin dekabr ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Şəxsin verilməsinə dair Avstriya Respublikasının Federal Ədliyyə Nazirliyinin vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Avstriyanın səlahiyyətli orqanlarına təhvil verilib.

Xəbər lenti

Xəbər lenti