Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 23:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi sarı və narıncı xəbərdarlığa uyğun olaraq ölkənin bəzi qərb rayonlarında gün ərzində arabir güclənən qərb küləyi əsib.
Xidmətdən Trend-ə verilən xəbərə görə, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Tərtər, Goranboyda küləyin sürəti 15-19 m/s-dir. Narıncı xəbərdarlığa uyğun olaraq isə Göyçay, Ağcabədi, Naftalanda küləyin sürəti 25 m/s təşkil edir.
xxx
22:14
Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 21:30-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Xidmətdən Trend-ə verilən xəbərə görə, Yevlax, Qobustan, Qrız, Şahdağ, Şamaxı, Altıağac, Quba, Qusar, Şabran, Xaltan, Gədəbəy, Xınalıqda arabir leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.
Milli Hidrometeorologiya xidmətinin rəsmisi Asif Verdiyev bildirib ki, Quba rayonu ərazisindən axan Vəlvələçay, Caqacuqçay, Ağçay və Cimiçaydan sel keçib. Hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan sel keçir.
A. Verdiyev qeyri-sabit hava şəraiti və sellə bağlı vətəndaşlara
müraciət edib:
"Çayların sahilindən uzaqda, təhlükəsiz yerlərdə durmağı, sel
hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməməyi
tövsiyə edirik.
Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi heç kimə məlum deyil. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir”.
Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 23:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi sarı və narıncı xəbərdarlığa uyğun olaraq ölkənin bəzi qərb rayonlarında gün ərzində arabir güclənən qərb küləyi əsib. Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Tərtər, Goranboyda küləyin sürəti 15-19 m/s-dir. Narıncı xəbərdarlığa uyğun olaraq isə Göyçay, Ağcabədi, Naftalanda küləyin sürəti 25 m/s təşkil edir.