...

Subbakalavrlar üçün xüsusi tədris planı hazırlana bilər

Cəmiyyət Materials 24 İyun 2024 16:56 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İmtahan vermədən ali təhsil müəssisələrinə qəbul olmaq imkanı əldə etmiş subbakalavrların hazırlıq səviyyəsi (imtahanın nəticələri əsasında) ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin hazırlıq səviyyəsindən çox aşağıdır.

Trend xəbər verir ki, bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində qeyd edilib.

Bildirilib ki, bu, ali təhsil müəssisələrində tədris zamanı müəyyən problemlərin ortaya çıxmasına səbəb ola bilər.

"İmtahanda iştirak edən subbakalavrlarınyarısı 125.7 baldan aşağı nəticə göstərib, tam seçmə üzrə bu göstərici isə 214.5-ə bərabər olub. Subbakalavrların ixtisas seçimində iştirak etdiyini nəzərə alsaq, onların göstəricilərini ixtisas seçimində iştirak edən abituriyentlərlə müqayisə etmək daha ədalətli olardı və burada biz müqayisənin daha acınacaqlı olduğunu görürük. Belə ki, ixtisas seçimində iştirak edən abituriyentlərin qəbul imtahanında topladıqları balların riyazi gözləməsi (332.87) imtahanda iştirak edən subbakalavrların analoji göstəricisindən 2.4 dəfə böyükdür.

Fikrimizcə, ali təhsil müəssisələrində subbakalavr kimi qəbul olanlar üçün xüsusi tədris planı hazırlanmalıdır və onların mütəxəssis kimi hazırlığı bu tədris planı çərçivəsində onlarla daha intensiv məşğul olmaqla həyata keçirilməlidir", - deyə qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti