...

Sertifikasiyada riyaziyyat fənnində suallar asan deyildi - Nazir

Cəmiyyət Materials 27 İyun 2024 15:12 (UTC +04:00)
Sertifikasiyada riyaziyyat fənnində suallar asan deyildi - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sertifikasiyada riyaziyyat fənnində suallar asan deyildi.

Trend xəbər verir ki, bu barədə bu gün elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma-2024: Peşəkar müəllim- Keyfiyyətlə təhsil” adlı konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, bəziləri riyaziyyat fənnindən sualların asan olduğunu deyir, lakin asan olsaydı hamı yüksək toplayardı.

“Hər iki müəllimdən biri yüksək nəticə göstərib”,- deyə o bildirib.

Qeyd edək ki, iyunun 24-də xarici dil (alman dili, fransız dili, rus dili və ədəbiyyatı və s.), eləcə də Azərbaycan dili (rus bölməsi), ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikatlaşdırma prosesinin test mərhələsində iştirak ediblər. Daha əvvəl riyaziyyat və ingilis dili müəllimləri ilk dəfə sertifikasiyaya cəlb olunublar.

Test imtahanı mərhələsində müəllimlərə 120 dəqiqə müddətində tədris fənni üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti