...

Rayonlarda güclü külək əsib, yağış yağıb - FAKTİKİ HAVA

Cəmiyyət Materials 15 İyul 2024 09:40 (UTC +04:00)
Rayonlarda güclü külək əsib, yağış yağıb - FAKTİKİ HAVA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 15-i saat 9:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 14-də gündüz Lənkəran-Astara zonasının bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, düşən yağıntının miqdarı Astara və Lənkəranda 4 mm olub.

Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq iyulun 14-də Daşkəsən, Şirvan və Culfada 19 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 36, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti