Bakı. Trend:
2024-cü ilin yanvar-iyun aylarında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 83,6 min nəfər və ya 1,68% artıb.
Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, 2024-cü ilin 1 iyul tarixinə uçota alınmış sığortaolunanların sayı 5,07 mln. nəfər təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin iyun ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 22,7 min nəfər və ya 0,45 % artıb.
Beləliklə, 2023-cü ilin 1 iyul tarixinə uçota alınmış sığortaolunanların sayı 5,08 mln. nəfər təşkil edib.