...

Dəmiryol stansiya və vağzallarına şəxsi avtomobillə gələn sərnişinlərin nəzərinə

Cəmiyyət Materials 4 Sentyabr 2024 12:47 (UTC +04:00)
Dəmiryol stansiya və vağzallarına şəxsi avtomobillə gələn sərnişinlərin nəzərinə
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

ADY-nin Bakı-Pirşağı-Sumqayıt xətti boyunca yerləşən stansiya və vağzallara aid avtodayanacaqlar sərnişinlərin istifadəsi üçün açıqdır.

Bu barədə Trend-ə ADY-dən məlumat verilib.

Bildirilib ki, şəhər mobilliyinin dəstəklənməsi və sərnişinlərin rahatlığının təmin edilməsi üçün Keşlə, Bakıxanov, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı və Novxanı dəmiryol dayanacaqlarından istifadə qatarların hərəkət saatları (06:00-00:00) ərzində ödənişsizdir.

"Hər bir stansiya və vağzalda istifadə qaydaları və digər məlumatların yer aldığı lövhələr quraşdırılıb", - deyə qurumdan məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti