Bakı. Trend:
"Formula 12 Azərbaycan Qran Prisinin Avropadan gələn qonaqları öz təəssüratlarını Trend Life ilə bölüşüblər.
Trend xəbər verir ki, Niderlandan gələn Aleksandr Nebravı bildirib ki, Bakıda "Formula 1" çox yaxşı təşkil olunub.
"Düşünürəm ki, şəhərin görməli yerlərini əhatə edən marşrutun özü də pilotlar üçün maraqlıdır. Qoy ən güclüsü qalib olsun!" - deyə o bildirib.
Uilyam Vinkls (Niderland): “"Formula 1"in öz gözəlliyi ilə valeh edən şəhərin mərkəzində keçirilməsi çox xoşdur. Bakı çox dinamikdir, restoranlar çox gözəldir. Burada rahat bir ab-hava var, küçələr çox təhlükəsizdir, istirahət etmək üçün əla yerdir. Sizin yaxşı və şən insanlarınız var və bu, çox sevindiricidir".
Baço Qurdadze (Gürcüstan): "İlk dəfə Bakıda və ilk dəfə "Formula 1"də oluram. Çox gözəl, gözlənilməz dərəcədə heyrətamizdir! Formula 1-in şəhərdə keçirilməsi yarışa xüsusi enerji verir."
Mariuş Ulman (Polşa): “Bakının gözəlliyi və "Formula 1"in enerjisi yarışa xüsusi ləzzət verir və insanlar burada özlərini rahat hiss edirlər və pilotlara yalnız azarkeşlərini sevindirməsi qalır”.
Matias Rou (Almaniya): “Bakı çox gözəl şəhərdir, gözəl memarlıq və müasir binalar var. Burada çoxlu maraqlı və oyrəniləsi şeylər var, unikal ənənələr və səmimi insanlar var. "Formula 1"ə ilk dəfə gəlirəm və ən müsbət emosiyalar yaşayıram".
Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran Prisi 2024 dünən start götürüb. Əsas yarışlar sentyabrın 15-də keçiriləcək və "Formula 1" və "Formula 2" üzrə qaliblər müəyyən ediləcək. Xatırladaq ki, "Formula 1" Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə "Formula 1" Azərbaycan Qran Prisi baş tutub.