...

ABŞ Azərbaycana daha iki minatəmizləyən it verib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 20 Sentyabr 2024 20:20 (UTC +04:00)
ABŞ Azərbaycana daha iki minatəmizləyən it verib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mina və partlamamış hərbi sursat təmizləmə işlərində iştirak etmək üçün ABŞ-dən Azərbaycana daha altı it gətirilib.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “X” platformasında məlumat paylaşıb.

"Azərbaycana minalardan əraziləri təmizləmək üçün altı yeni qəhrəman gəldi! Berta, Dum, Dasti, Keri, Keno və Reks minaları təmizləmək üçün buradadır", - səfir vurğulayıb.

xxx

17:41

ABŞ Azərbaycana daha iki minatəmizləyən it verib.

Trend xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby “X” sosial media hesabında paylaşım verib.

“Berta və Dum ANAMA-nın minaları və partlamamış hərbi sursatları təmizləmək missiyasına qoşulmaq üçün Azərbaycana gəlmiş altı minatəmizləyici itdən ikisidir. İtlər və onların zəhmətkeş ABŞ və Azərbaycan təlimçiləri Azərbaycanda icmaların daha təhlükəsiz şəraitində yaşayışı təmin etməkdə mühüm rol oynayırlar” - deyə səfir əlavə edib.

Qeyd edək ki, sentyabrın 9-dan 15-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 44, tank əleyhinə 15 mina və 690 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti