Bakı. Trend:
Daxili İşlər Nazirliyi mobil tətbiqlərlə bağlı əhaliyə müraciət edib.
Bu barədə Trend DİN-in mətbuat xidmətinə istinadən xəbər verir.
“Cihazınıza yüklədiyiniz tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşmayın. Şəxsi və bank kartı məlumatlarınızın güvənliliyini qorumaq üçün bu çox vacibdir”, - deyə DİN-dən bildirikib.
Qeyd edilir ki, tətbiqləri yükləyərkən nələrə diqqət
etməlisiniz?
- Qeyri-rəsmi mənbələrdən tətbiqləri yükləməyin və cihazınızın
parametrlərində qeyri-rəsmi (məlum olmayan) mənbələrdən
quraşdırılmalara icazələri qeyri-aktiv edin;
- Yalnız rəsmi tətbiqlərdən istifadə edin və onları yalnız rəsmi
mağazalardan (Google Play, App Store) yükləyin;
- Quraşdırdığınız tətbiqlərə və verdiyiniz icazələrə diqqət
yetirin;
- Tətbiqin etibarlılığını araşdırın. Yalnız tətbiqə tam etibar
etdiyiniz halda onu quraşdırın.